EN

Belarus rusiyalı çağırışçılara qapını bağlayıb

Belarusun Sərhəd Komitəsi çağırış vərəqi alan və avtomatik olaraq səyahət qadağası altına düşən rusiyalı çağırışçılarım ölkəni tərk etməsinə icazə vermədiyini təsdiqləyib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, çağırış vərəqi alan Rusiya vətəndaşları bundan sonra Belarus ərazisindən digər ölkələrə keçə bilməyəcəklər.

Komitə işçilərindən biri həmçinin Rusiya ilə Belarus arasında səyahət qadağası olan şəxslərin daxil olduğu ortaq məlumat bazasının mövcudluğunu bildirib.

“Əgər onlar səyahətin məhdudlaşdırılmadığını cavablandırsalar, Belarusu tərk edə bilərlər. Səyahət qadağandırsa, bütün suallar Rusiya Federasiyasına ünvanlanmalıdır. Şəxsin adı məlumat bazasındadırsa, onun ölkəni tərk etməsinə icazə verilməyəcək. Onların adı səyahət qadağaları dair məlumat bazasında deyilsə, biz onların ölkəni tərk etməsinə icazə verəcəyik", - deyə komitə işçisi özünü adi vətəndaş kimi təqdim edən “Belsat” jurnalistinə bildirib.

Bu tədbirlərə səbəb Rusiyanın Ukraynada verdiyi itkilər və əsgər çatışmazlığıdır. Getdikcə daha çox Rusiya vətəndaşı Ukraynada aparılan müharibədə qurban olmaq istəməyərək, müxtəlif yollardan istifadə etməklə hərbi səfərbərlikdən yayınmağa çalışır.

Musavat.com

Chosen
76
4
musavat.com

5Sources