EN

Saxta pul: bu əməlin 5 12 il arası cəzası

Bizimyol saytına istinadən ain.az xəbər verir.

İnsanlar bəzən özləri də fərqində olmadan saxta pulla qarşılaşa və ondan istifadə edə bilirlər. Məsələn, saxta pul uşaqların oyuncaqlarından çıxaraq həqiqi pullarla qarışa bilər. Bəzi hallarda isə insan bunu ya diqqətsizlikdən, ya da görmə zəifliyi səbəbindən fərq etmədən gündəlik alış-verişdə istifadə edir və sonradan problemlə üzləşir.

Vətəndaş pulun saxta olduğunu bilmədiyini bildirdikdə isə məsələ daha da həssaslaşır.

Bəs belə bir vəziyyətdə vətəndaş hansı halda hüquqi məsuliyyət daşıyır? Vətəndaş təqsirləndirilərsə, o, öz hüquqlarını necə qorumalıdır?

Bu barədə Bizimyol.info xəbər portalına hüquqşünas Elnur Məmmədov bildirib ki, vətəndaş pul əskinasları ilə bağlı hər hansı şübhəli məqam hiss etdikdə, istənilən bankda bunu yoxlatdıra bilər: “Saxta pulu hazırlama, istifadə etmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 204-cü maddəsi ilə qadağan edilir. Buna görə 5 ildən 12 ilədək müddətdə azadlıqdan mərhumetmə cəzası nəzərdə tutulub”.

Elnur Məmmədov həmçinin vurğulayıb: “İnsanlar ehtiyatlı olmalıdır və pul əskinasları ilə bağlı hər hansı şübhəli məqam hiss etdikdə, özləri yaxınlaşıb istənilən bankda bunu yoxlatdıra bilər”.

Elnur Məmmədov əlavə edib: “Əgər bilmədən qarışıq salmaqla və yaxud da onlara verilən pulun saxta olmasından məlumatsız olarlarsa, həmin pulu istifadə etdikdə, bununla bağlı sübut etmə vəzifəsi onların öz üzərinə düşür. Yəni saxta puldan istifadə edən şəxs sübut etməlidir ki, pulun saxta olmasından xəbərsiz olub və yaxud da həmin pulu səhvən qarışdırıb”.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
37
bizimyol.info

1Sources