EN

Qvardiola üçüncü divizionun oyununu izlədi - FOTO

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərənin səviyyəcə üçüncü liqası çərçivəsində keçirilən oyunu izləyib.

Fanat.Az xəbər verir ki, "City Xtra" ispaniyalı mütəxəssisin Birinci Liqanın 43-cü turunda "Stokport Kaunti" - "Port Veyl" görüşündən fotolarını paylaşıb. 


Qonaqlar səfərdə "Kaunti"ni 2:1 hesabı ilə məğlub ediblər. Baxmayaraq ki, "Port Veyl" 22-ci yerdədir və oyundan əvvəl dördüncü diviziona düşməsi rəsmiləşib. Ev sahibi komanda isə Çempionşipə yüksəlmək üçün mübarizə aparır və pley-off zonasında dördüncü yerdə qərarlaşır.

Qeyd edək ki, Premyer Liqaya hazırda 73 xalla "Arsenal" liderlik edir. Ancaq londonlularla xal fərqi 3-ə bərabər olan "Mançester Siti"nin ehtiyatda 1 oyunu da var.

Chosen
48
1
fanat.az

2Sources