Bakıda bir nəfərin dəm qazından ölməsi, digər şəxsin zəhərlənməsi faktı araşdırılır.
Sabahinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, aprelin 28-də paytaxtın Xətai rayonu ərazində yerləşən evlərdən birində 2007-ci il təvəllüdlü Yusif Atalayın dəm qazından zəhərlənərək ölməsi, 2012-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan şəxsin isə zəhərlənməsi faktı üzrə Xətai rayon prokurorluğunda araşdırma aparılır.