EN

İranın pul vahidi dollar qarşısında tarixi minimumda

ain.az xəbər verir, Marja.az saytına əsaslanaraq.

İrana qarşı hücumlardan sonra atəşkəs prosesi davam etsə də, İran rialı dollar qarşısında tarixin ən aşağı səviyyəsinə düşüb.

Marja.az ISNA-ya istinadən xəbər verir ki, ABŞ dolları/İran rialı məzənnəsi 1,8 milyon səviyyələrinə yüksələrək yeni tarixi maksimumuna çatıb.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Dollar/rial məzənnəsi ABŞ və İsrayılın İrana hücumlarından əvvəl 1,08 milyon səviyyəsində idi.

Müharibədə dəyər itkisi 66%-i keçib

Müharibənin başlanmasından bu yana İran rialı 66%-dən çox ucuzlaşıb. İran artan nağd pul ehtiyacını qarşılamaq məqsədilə 10 milyon riallıq ən böyük əskinası dövriyyəyə buraxıb.

İnflyasiya 50%-ə yüksəlib

Ölkədə inflyasiya kəskin artıb. Mart ayının sonuna olan göstəriciyə əsasən inflyasiya 50% səviyyəsindədir. Bir il əvvəl bu rəqəm 37,1% idi.

BVF-nin proqnozu: 6,1% iqtisadi azalma

Beynəlxalq Valyuta Fondu (International Monetary Fund (IMF)) İran iqtisadiyyatının 2026-cı ildə 6,1% azalacağını və inflyasiyanın 68,9% səviyyəsində olacağını proqnozlaşdırır.

Lakin ölkədə məlumatların açıqlanmasının məhdud olması və internet kəsintiləri iqtisadi vəziyyətin dəqiq izlənməsini çətinləşdirir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
27
1
marja.az

2Sources