EN

Tikinti maqnatının şirkəti Gədəbəy küçələrini təmir edəcək 635 min manatlıq sifariş

Qaynarinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Gədəbəy Rayon İcra Hakimiyyəti Gədəbəy şəhərində küçələrin asfaltlaşdırılması obyekti üzrə yerinə yetiriləcək əsaslı təmir işləri ilə bağlı tenderə yekun vurub. 

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Gəncə Körpü Tikinti-2" Açıq Səhmdar Cəmiyyəti (ASC) seçilib. 

Gədəbəydə küçələrin asfaltlaşdırmasına görə şirkətə 635 505,74 manatdır. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegri Xidmətinin reyestr məlumatlarına görə, "Gəncə Körpü Tikinti-2" ASC 16 oktyabr 2024-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 143 104 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov Rayonu, Əhməd bəy Ağaoğlu küçəsi, ev 10A-da yerləşir. Şirkətin qanuni təmsilçisi Zeynallı Məhərrəm Aslan oğludur.

"Gəncə Körpü Tikinti-2" ASC iş adamı Aqibət Məmmədovun şirkəti kimi tanınır. Tikinti maqnatı kimi tanınan Aqibət Məmmədov şirkətin Direktorlar Şurasının sədridir. 

Seyid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
40
1
qaynarinfo.az

2Sources