EN

Cənubi Çin dənizində gərginlik

Çin ordusu ABŞ və Filippinin keçirdiyi genişmiqyaslı hərbi təlimlərə cavab olaraq Cənubi Çin dənizində nəzarəti artırıb.

Anadolu Agentliyi xəbər verir ki, rəsmi Pekin bu təlimlərin bölgədəki sabitliyə zərər vurduğunu bildirib və öz ərazi bütövlüyünü qoruyacağını bəyan edib. 

Hazırda davam edən ABŞ-Filippin təlimlərinə Fransa, Yaponiya və Avstraliya daxil olmaqla müxtəlif ölkələrdən 17 min hərbçi qatılıb. Bu vəziyyət dəniz üzərindəki suverenlik mübahisələrini və hərbi rəqabəti daha da gərginləşdirir. 

Təbii resurslarla zəngin olan bu bölgə həm də mühüm ticarət yoludur. Bu səbəbdən Filippin, Vyetnam və Malayziya da ərazidə öz maraqlarını qorumağa çalışır. 

Təhminə VERDİYEVA,

“Azərbaycan”

1Sources