EN

14 yaşlı qızla hamamda ölən Yusufla bağlı İLGİNC FAKTLAR

Bakivaxti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Bakıda iki nəfər dəm qazından zəhərlənib.

Bakıvaxtı.az bildirir ki, Ağdaş rayon sakini 2007-ci il təvəllüdlü Yusuf Mehmet oğlu Atalay və Yevlax rayon sakini 2012-ci il təvəllüdlü Təranə Mədxun qızı Bəkirova həmin ünvanın hamam otağında dəm qazından zəhərləniblər.

Hadisə nəticəsində Y.Atalay ölüb, T.Bəkirova isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bakıvaxtı.az-ın araşdırması nəticəsində məlum olub ki, dünyasını dəyişən şəxs yaxın ətrafında "Qara Çapayev" ləqəbi ilə tanınıb.

Sosial mediada qeyd edilən bəzi iddialara görə, mərhumun ötən il bəzi şəbəkələrdə başqa bir xanımla birlikdə qeyri-etik görüntüləri yayılıb. Bununla da o insanların qınağına məruz qalıb.

Məlumatlı mənbədən Bakıvaxtı.az-a bildirilib ki, Yusuf Atalay uzun müddət ailəsindən kənardan yaşayıb. 

Qeyd edək ki, sözügedən şəxsin "Tiktok", "İnstaqram" hesablarında kəsici-deşici alətlərlə görüntüləri də yer alıb.

Murad İsmayıl

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
82
43
bakivaxti.az

10Sources