Bizim media saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Vyanaya səfəri zamanı Avstriyanın Avropa və Beynəlxalq İşlər üzrə federal naziri Beate Meinl-Reisinger ilə görüşüb.Bizim.Media Türkiyə KİV-nə istinadla xəbər verir ki, birgə mətbuat konfransındakı çıxışda Hakan Fidan Aİ-nin Türkiyənin üzvlüyü ilə bağlı siyasi iradəsinin olmadığını və bu problemin aradan qaldırılacağına ümid etdiyini bildirib.Türkiyənin Aİ-yə üzvlük prosesi ilə bağlı sualı cavablandıran Fidan bunları deyib: "Hər hekayənin iki tərəfi var. Bu vacibdir; biz heç vaxt üzvlük şərtləri yerinə yetirilmədən üzv olmaq tələbi irəli sürmədik”.Bu məsələdə topun Aİ-də olduğunu qeyd edən Hakan Fidan açıqlamasına belə davam edib: "Avropa İttifaqında “Türkiyə şərtləri təmin etdiyi zaman biz onun üzv olmasını qəbul edirik” deyəcək bir siyasi iradə yoxdur”.
Bizim.Media
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.