EN

Martda ölkədaxili nağdsız ödənişlər 46 faiz artıb 

Mart ayında Azərbaycanda ödəniş kartları vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9 milyard 560 milyon manat olub. Məlumatı Azərbaycan Mərkəzi Bankı (AMB) açıqlayıb. AMB bildirir ki, nağdsız ödənişlərin 8 milyard 291 milyon manatı  elektron ticarət əməliyyatlarına aiddir. Qalan məbləğin 1 milyard 267 milyon manatı POS-terminallar vasitəsilə, 2 milyon manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə həyata keçirilib.

AMB həmçinin qeyd edir ki, ölkədə ödəniş xidməti şəbəkələri üzrə artım müşahidə olunur. Belə ki, banklar və “Azərpoçt” MMC-nin şəbəkələrində bankomatların sayı ötən ilin mart ayının sonu ilə müqayisədə 6,3 faiz, POS-terminalların sayı isə 46 faiz artıb. Bu artım nağdsız ödənişlərin təşviqinə və əhalinin ödəniş kartlarından istifadəsinin genişlənməsinə xidmət edir.

Ekspertlər hesab edir ki, nağdsız ödənişlərin sürətlə artması maliyyə texnologiyalarının inkişafını və iqtisadiyyatın rəqəmsallaşmasını sürətləndirir, həmçinin şəffaflıq və maliyyə təhlükəsizliyinin güclənməsinə töhfə verir.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

1Sources