EN

Niderland böhranla üzləşir



Niderlandın qida sənayesi yüksək qaz qiymətləri və enerji bazarının şərtlərindən davamlı asılılıq səbəbindən böhranla üz-üzədir.

Newscenter.az TASS-a istinadən bildirir ki, ABN AMRO bankının hesabatında bu barədə bildirilir.

Hesabatda qeyd olunur ki, ABŞ və İsrailin İrana qarşı müharibəsi və Yaxın Şərqdə enerji infrastrukturuna dəyən ziyan fonunda Niderlandın qida sektoru artıq enerji, nəqliyyat və xammal xərclərinin uzunmüddətli artımları ilə üzləşib.

Bankın mütəxəssisləri vurğulayırlar ki, qaz hələ də qida sənayesinin enerji qarışığının təxminən 70%-ni təşkil edir və sektorun ümumi enerji istehlakı 2021-ci ildən 2024-cü ilə qədər yalnız 5,5% azalıb. Bu, milli iqtisadi orta göstəricinin təxminən yarısıdır.

ABN AMRO qeyd edir ki, bəzi istehsalçılar müvəqqəti olaraq sabit qiymətlərlə uzunmüddətli müqavilələrlə qorunurdular, lakin bu müqavilələr 2026-cı ilin sonlarında başa çatdığı üçün şirkətlər daha da xərc artımı ilə üzləşə bilərlər.

Anar
Chosen
63
1
newscenter.az

2Sources