BAKI, 29 aprel. TELEQRAF
Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar britaniyalı həmkarı İvett Kuper ilə telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, söhbət zamanı tərəflər regional vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
Böyük Britaniya tərəfi Pakistanın regionda sülh və sabitliyin təmin olunması istiqamətindəki davamlı səylərini yüksək qiymətləndirib.
Pakistanın tərəflər arasında dialoq, diplomatiya və konstruktiv qarşılıqlı fəaliyyətin təşviqinə sadiqliyi bir daha təsdiqlənib.