EN

İranla nüvə razılaşması əldə olunana qədər blokada aradan qaldırılmayacaq Tramp

Redaktor.az saytına istinadən ain.az xəbər verir.

ABŞ İranın nüvə proqramı ilə bağlı razılaşma əldə olunmayana qədər bu ölkəyə qarşı tətbiq edilən dəniz blokadasını ləğv etməyəcək.

Redaktor.az  xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.

"Blokada bombalamalardan daha effektiv nəticə verir. Onlar boğulurlar və vəziyyət getdikcə daha da pisləşəcək. Onların nüvə silahı ola bilməz", - deyə Tramp "Axios" nəşrinə bildirib.

Ağ Ev rəhbərinin sözlərinə görə, rəsmi Tehran Vaşinqtonla razılığa gəlmək niyyətindədir. Tramp bir daha vurğulayıb ki, ABŞ İranın nüvə silahına sahib olmasına heç bir halda icazə verməyəcək.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
49
1
redaktor.az

2Sources