Martın 2-dən bəri İsrail ordusunun Livana hücumları nəticəsində ölənlərin sayı 2576-ya çatıb.
News365.az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, İsrailin hücumları nəticəsində ölənlərin sayı 2576 nəfərə, yaralıların sayı isə 7962 nəfərə çatıb.
Qeyd edək ki, İsrail ordusu 2 martda Livana qarşı intensiv hava hücumlarına başlayıb, ölkənin cənubundakı bir neçə şəhəri işğal edib.
Livanda məcburi köçkünlərin sayı 1 milyonu keçib.