ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Braziliyada "Miss Cosmo Brazil" gözəllik müsabiqəsinin iştirakçısı olan 29 yaşlı Ana Luiza Mateusun ölümü ölkədə qalmaqala səbəb olub. Rio-de-Janeyro polisi gənc modelin binanın 13-cü mərtəbəsindən atıldığını müəyyən edib.Demokrat.az xəbər verir ki, hadisə aprelin 22-də baş verib. Gözəllik kraliçasının meyiti yaşadığı binanın qarşısında tapılıb. İlkin araşdırmalar nəticəsində qızın sevgilisi Endreo Kunya şübhəli şəxs qismində saxlanılıb. İstintaqın gəldiyi qənaətə görə, gənc qadını hündürlükdən məhz Kunya atıb.Hadisənin təfərrüatları hələ tam açıqlanmasa da, şahidlərin ifadələri vəziyyətin gərginliyindən xəbər verir. Qonşular aprelin 21-də cütlük arasında şiddətli mübahisə yarandığını bildiriblər. Lakin hadisələrin gedişatı daha da qəlizləşib. Belə ki, həbs olunan Endreo Kunya saxlanıldığı kamerada ölü tapılıb.
Qeyd edək ki, Ana Luiza Mateus təkcə model deyil, həm də tanınmış psixoloq və bloqer kimi fəaliyyət göstərirdi. O, 2026-cı ilin sonunda keçiriləcək gözəllik müsabiqəsində Bahiya ştatını təmsil etməyə hazırlaşırdı. Hazırda Braziliya hüquq-mühafizə orqanları hər iki ölüm hadisəsi ilə bağlı genişmiqyaslı araşdırmaları davam etdirir.Jalə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.