EN

ABŞ-nin saxladığı gəmidəki 6 iranlı azad edildi

İran ABŞ tərəfindən saxlanıldığı bildirilən “Tuska” konteyner gəmisinin ekipaj üzvlərindən 6 nəfərin azad edildiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, bir müddət əvvəl ABŞ tərəfi İrana doğru hərəkət edən “Tuska” adlı konteyner gəmisini saxlayıb. Gəmidə 28 iranlı ekipaj üzvünün olduğu bildirilir.

İran tərəfi ekipaj üzvlərinin və ailələrinin gəmidə olması səbəbindən bu mərhələdə hərbi müdaxilədən çəkinildiyini, onların azad edilməsi üçün rəsmi kanallarla danışıqların davam etdirildiyini bəyan edib.

“Tasnim”in məlumatına əsasən, aparılan danışıqlar nəticəsində 6 iranlı ekipaj üzvü azad edilib və hazırda İrandadır.

Qalan 22 nəfərin azad edilməsi istiqamətində səylərin davam etdiyi bildirilir.

 

Musavat.com

Chosen
29
2
musavat.com

10Sources