EN

Londonda bıçaqlı şəxs yəhudi icmasının üzvlərinə hücum etdi

Londonun Qolders-Qrin rayonunda bıçaqla silahlanmış şəxs yəhudi icmasının iki üzvünə hücum edərək onlara xəsarət yetirib.

Bu barədə “Sky News” telekanalı məlumat yayıb.

Məlumata görə, cinayətkar küçə boyu qaçaraq yerli sakinlərə zərbələr endirməyə çalışıb. Hadisə nəticəsində iki nəfər yaralanıb. Şübhəli şəxs əvvəlcə təşkilatın əməkdaşları tərəfindən saxlanılıb, daha sonra hadisə yerinə gələn polis ona qarşı elektroşokdan istifadə edərək həbs edib. Zərərçəkənlərin hər ikisinin Londonda yaşayan yəhudilər olduğu bildirilir.

London meri Sadiq Xan da hücumu “iyrənc” adlandırıb və cəmiyyətdə antisemitizmə yer olmadığını bəyan edib.

Qeyd edək ki, bu, son aylarda Qolders-Qrində baş verən ilk antisemit hücum deyil. Mart ayında həmin ərazidə yəhudi icmasına məxsus təcili tibbi yardım avtomobilləri yandırılmışdı. Oxşar hadisə aprelin 19-na keçən gecə Londonun Harrou rayonunda da qeydə alınıb. Naməlum şəxslər sinaqoqun pəncərəsini sındıraraq içəri “Molotov kokteyli” atıblar. Ərazidə patrul xidməti aparan polislərin çevikliyi sayəsində ciddi dağıntı baş verməyib və xəsarət alan olmayıb.

Xatırladaq ki, bir müddət əvvəl Londonun cənubunda baş vermiş digər bıçaqlı hücum nəticəsində beş nəfər yaralanmışdı.

"Cebheinfo.az" 

Chosen
66
cebheinfo.az

1Sources