“Əl-Əhli”nin yarımmüdafiəçisi Riyad Mahrezin maliyyə durumu qaydasındadır.
Publika.az xəbər verir ki, əlcəzairlinin yüksək maaşından əlavə, indi böyük bir titul var – Asiya Çempionlar Liqasında qələbə.
O, bu titulu qazanmasından məmnundur. Elə buna görə də, bütün komanda yoldaşlarına 20.000 avro dəyərində fərdiləşdirilmiş saatlar hədiyyə edib.