EN

Blokadaya görə İranın Çabahar limanında 20-dən çox gəmi yığılıb − CENTCOM


ABŞ hərbi blokadasına görə, Oman körfəzi sahilində yerləşən İranın Çabahar limanında 20-dən çox gəmi toplanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Hərbiçilər bildirib ki, Vaşinqton bu tədbirləri tətbiq etməzdən əvvəl, adi bir gündə orta hesabla beş gəmi limanda lövbər salıb.
“Bu gün Çabaharda 20-dən çox gəmi var, çünki ABŞ qüvvələri davam edən blokada dövründə İrana və İrandan iqtisadi ticarəti pozmağa davam edir”, - məlumatda deyilir.
Chosen
69
1
yeniavaz.com

2Sources