EN

Ukrayna Rusiyanın 1500 km dərinliyinə zərbə endirə bilir – Ukrayna Prezidenti Volodimir Zelenski

Ukrayna kəşfiyyat xidmətləri Rusiyanın 1500 kilometrdən çox dərinliklərinə zərbə endirə bilir. 

Ukrayna Prezidenti Volodimir Zelenski bunu 29 apreldə Telegram-da elan edib. O, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəisi vəzifəsini icra edən general-mayor Yevgeni Xmaranın Ukraynanın uzunmənzilli “sanksiyaları” – Rusiyanın potensialını məhdudlaşdırmaq üçün silah istifadəsində yeni bir mərhələ barədə hesabatını dinlədiyini söyləyib. Prezident qeyd edib ki, Ukrayna müvafiq məsafələri artıracaq və bunlar Rusiya terrorizminə qarşı tamamilə ədalətli Ukrayna cavablarıdır.

O, hər bir zərbənin Rusiyanın hərbi sənayesinin, logistikasının və neft ixracının imkanlarını azaltdığını vurğulayıb. Zelenski əlavə edib ki, “Nəticələr hər kəsə aydındır. Rusiyanın müharibəyə son qoyması lazım olduğu da hər kəsə aydındır. Diplomatiyaya keçməyin vaxtıdır və Moskva bu siqnala qulaq asmalıdır”.

//Samir Qurbanov, Editor.az

Chosen
49
editor.az

1Sources