EN

Donald Tramp İrana qarşı uzunmüddətli iqtisadi blokada tətbiq etmək niyyətindədir

ABŞ prezidenti Donald Tramp administrasiyasına İrana qarşı uzunmüddətli iqtisadi blokada planı hazırlamağı tapşırıb. 

Editor.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” öz mənbələrinə istinadən məlumat verib. Nəşrin məlumatına görə, Amerika prezidenti ölkənin dəniz limanlarını bağlamaqla İran iqtisadiyyatına təzyiqi artırmağı planlaşdırır. Əsas məqsəd gəmilərin, xüsusən də neft tankerlərinin oradan çıxmasının qarşısını almaqdır. Tramp hesab edir ki, dəniz blokadasının davam etdirilməsi ABŞ üçün İranı bombalamağa davam etməkdən və ya münaqişədən çıxmaqdan daha az risklidir.

Nəşrin qeyd etdiyi kimi, ABŞ administrasiyası İrana qarşı əlavə tədbirlər görmək məsələsində fikir ayrılığına malikdir. Bəzi Ağ Ev rəsmiləri açıq şəkildə Tehrana təzyiqin artırılmasına çağırırlar. Bu arada, digərləri risklər barədə xəbərdarlıq edirlər. Hörmüz boğazının bağlanması və davam edən hərbi əməliyyatlar ABŞ iqtisadiyyatına zərər verə və Respublikaçılar Partiyasının aralıq konqres seçkilərindəki mövqeyini sarsıda bilər.

//Samir Qurbanov, Editor.az

Chosen
36
editor.az

1Sources