EN

Rumıniyanın energetika naziri: Yaxın Şərqdəki münaqişənin təsirləri 6 9 ay davam edə bilər

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Buxarest, 29 aprel, AZƏRTAC

Yaxın Şərqdə baş verən münaqişənin iqtisadi təsirlərinin müharibə başa çatdıqdan sonra da bir müddət davam edəcəyi gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Rumıniyanın energetika naziri Boqdan Ivan bildirib.

Nazirin sözlərinə görə, münaqişənin mənfi təsirləri onun bitməsindən sonra da təxminən 6-9 ay ərzində hiss olunacaq. O bildirib ki, bu təsirlər əsasən enerji bazarlarında, xüsusilə yanacaq qiymətlərində və tədarük zəncirlərində özünü göstərə bilər.

Nazir vurğulayıb ki, Rumıniya mövcud vəziyyətə qarşı müəyyən tədbirlər görüb və enerji bazarında sabitliyi qorumağa çalışır. Ölkənin kifayət qədər ehtiyatlarının olduğu və bazarda ciddi disbalansın qarşısının alınması üçün addımlar atıldığı bildirilib. Xüsusilə Azərbaycan və Qazaxıstanla bununla əlaqədar danışıqlar vurğulanıb.

Məlumata görə, enerji bazarlarında yaranan qeyri-müəyyənlik qlobal səviyyədə davam edir və bu səbəbdən münaqişənin təsirlərinin qısa müddətdə tam aradan qalxması gözlənilmir.

Qeyd olunub ki, hazırkı geosiyasi gərginlik qlobal enerji qiymətlərinə ciddi təsir edir və bu, birbaşa olaraq Avropa ölkələrinin iqtisadiyyatına ötürülür. Enerji resurslarının qiymətindəki dəyişikliklər istehsal xərclərinə, nəqliyyat sektoruna və ümumi inflyasiyaya təsir göstərir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
52
2
azertag.az

3Sources