EN

“Putin Qələbə Günü dövründə Ukrayna ilə atəşkəs elan etməyə hazırdır” - Kreml 

Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp telefon danışığı zamanı Ukraynada mümkün atəşkəs məsələsini də müzakirə edib.


Manset.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Putinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.

"Putin və Trampın söhbəti səmimi və işgüzar idi. Liderlər iqtisadiyyat və energetika sahələrində qarşılıqlı faydalı layihələrin böyük perspektivləri barədə danışıblar", - o qeyd edib.

Uşakovun sözlərinə görə, Putin Rusiya-Ukrayna münaqişəsinin müzakirəsi kontekstində Trampa Qələbə Günü müddətində atəşkəs elan etməyə hazır olduğunu bildirib.

"Amerika lideri bu təşəbbüsü dəstəkləyib", - deyə Uşakov qeyd edib.

Chosen
14
1
manset.az

2Sources