Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Kolumbiya xarici işlər nazirinin müavini Xuana Esperansa Kastro Santamariya ilə görüşüb.
News365.az xəbər verir ki, bu barədə H.Hacıyev öz sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, görüş zamanı tərəflər səmərəli müzakirələr aparıb və ölkələr arasında siyasi dialoqun mövcud səviyyəsi ümidverici qiymətləndirilib.