EN

Qoz məntiqi təfəkkürü inkişaf etdirə bilir...

Qozun beyin üçün faydası olduqca böyükdür. Son vaxtlar müəyyən edilmişdir ki, qoz məntiqi təfəkkürü inkişaf etdirmək qabiliyyətinə malikdir.

Qaziler.az xarici mətbuata istinadən qozun faydaları haqda məlumatları təqdim edir.

Qoz ​​yemək bədəni serotonin və dopamin ilə təmin edir ki, bu da informasiyanın mənimsənilməsi sürətini və problemlərə optimal həll yolu tapmaq qabiliyyətini artırır.

Qozun tərkibində həmçinin E, B, C, A vitaminləri, fol turşusu, mineral maddələr: dəmir, maqnezium, kalium, kalsium, yod, fosfor və mis mikroelementləri var. Mükəmməl zülal mənbəyi olmaqla, heyvan mənşəli zülalları tamamilə əvəz edir.

Qoz həm ləzzətli təam, həm də dərmandır. O, həzm prosesini yaxşılaşdırır, stenokardiya tutmalarını yüngülləşdirir və baş beyin üçün əlavə qida funksiyasını daşıyır.

Qoz ləpəsinin yağı yaddaşı gücləndirir, böyüklər və uşaqlar üçün faydalıdır. Qozu soyuq havada yemək xüsusilə xeyirlidir, çünki o, isidici təsirə malikdir və orqanizmin soyuqdəymə xəstəliklərinə qarşı müqavimətini artırır.

Yadda saxlamaq lazımdır ki, qoz kalori dəyərinə görə bir böyük bir şokoladı üstələyir. Buna görə də gündə 2-3 ləpə kifayətdir, yedikdən sonra isə ağız boşluğunu yaxalamaq və ya turş bir meyvə yemək lazımdır

QAZİLER.AZ

Chosen
60
qaziler.az

1Sources