EN

Ursula Fon der Lyayen: Qalıq yanacağından asılılığımız bizi həssas vəziyyətə salır

Cəmi 60 gün davam edən münaqişə ərzində qalıqyanacaq idxalına çəkilən xərclərimiz 27 milyard avrodan çox artıb, lakin bunun müqabilində bir damcı belə əlavə enerji əldə edilməyib.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Avropa Parlamentinin Yaxın Şərqdə davam edən böhranla əlaqədar iclasında deyib.

Bu münaqişənin nəticələrinin öz təsirini aylarla, hətta illərlə hiss etdirə biləcəyini vurğulayan U.Lyayen qeyd edib: “Bu, son dörd il ərzində ikinci enerji böhranıdır və çıxarılan dərs çox aydın olmalıdır: idxal olunan qalıq yanacağından asılılığımız bizi həssas vəziyyətə salır”.

O, qalıq yanacağından həddindən artıq asılılığın azaldılmasının, ölkədaxili, əlçatan və təmiz enerji istehsalının artırılmasının vacibliyini qeyd edərək deyib: “Buna texnoloji neytrallığa tam hörmət çərçivəsində bərpaolunan enerji mənbələrindən tutmuş nüvə enerjisinə qədər bütün variantlar daxildir”.

Chosen
36
4
yeniazerbaycan.com

5Sources