EN

İran və Ukrayna ətrafındakı münaqişələr eyni vaxtda bitə bilər - Tramp

Rusiya prezidenti Vladimir Putinlə söhbətdən sonra ABŞ prezidenti Donald Tramp İran və Ukrayna ətrafındakı münaqişələrin "eyni vaxt çərçivəsində" bitə biləcəyini iddia edib.

Ucnoqta.az xəbər verir ki, Amerika lideri CNN-ə verdiyi müsahibədə bildirib.
"Hansı müharibə birinci bitəcək? Onlar eyni vaxt çərçivəsində bitə bilər. Düşünürəm ki, Ukrayna hərbi cəhətdən məğlub olub", - deyə Ağ Ev rəhbəri deyib.
İctimaiyyət onun səhv danışdığına və İranı nəzərdə tutduğuna əmindir.

"Bunu saxta xəbərlərdən bilməzdiniz, amma hərbi cəhətdən... Onların 159 gəmisi var idi və hər biri hazırda su altındadır. Bu, ümumiyyətlə, olduqca yaxşıdır. Onlar donanmalarını bərpa etməkdə çətinlik çəkəcəklər. Sizcə, donanmaları, hava qüvvələri və hava hücumundan müdafiə sistemləri yoxdursa, yaxşı işlər görürlərmi?" Tramp əlavə edib.

Chosen
43
2
ucnoqta.az

3Sources