Milli.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Fermerlərin məhsuldarlığı artırmaq üçün kəsib tarlada buraxdığı, hətta heyvan yemi kimi istifadə etdiyi bitki növünün Avropada "qızıl qiymətinə" satıldığı məlum olub. Söhbət mayaotu bitkisinin ilk tumurcuqlarından və ya tinglərindən (Hop Shoots) gedir.
Milli.Az xəbər verir ki, fermerlər əsas məhsul olan "qozaları" yetişdirmək üçün dibdən çıxan fidanları "seyrəltmə" məqsədilə kəsib atırlar. Halbuki bu "tullantı" sayılan tinglərin kilosu Avropada 1000 avroya qədər alıcı tapır.
Mayaotu fidanlarının (tinglərinin) qiymətinin rekord qırmasının iki əsas səbəbi var:
Bu zərif fidanları texnika ilə yığmaq mümkün deyil. Hər biri tək-tək əllə toplanmalıdır.
Məhsul yığımı cəmi 3-4 həftə (mart-aprel aylarında) çəkir. Bu qısa müddət onu nadir və əlçatmaz edir.
Mövsümün ilk məhsulu Belçika və İngiltərə kimi ölkələrdə təşkil edilən hərraclarda satışa çıxarılır. Hətta mövsümün ortasında belə bu bitkinin qiyməti ən bahalı ət məhsullarını geridə qoyur.
Görünüşü və dadı ilə quşqonmazı (qulançar) xatırladan bu fidanlar Mişlen ulduzlu restoranlarda xüsusi yer tutur. Qurmanlar tərəfindən dəniz məhsulları ilə birlikdə servis edilən bu bitki, prestijli boşqabların ən önəmli detalı hesab olunur.
Lalə Qüdrətova
Milli.Az
.jpg)
.png)
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.