EN

Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqlədi

Ukrayna prezidenti yeni hərbi addımlarla bağlı açıqlama verib.

Musavat.com xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqlədiyini bildirib.

Onun sözlərinə görə, əgər Rusiya diplomatik yola üstünlük verməzsə, bu prosesə məcbur edilməlidir. Zelenski qeyd edib ki, Müdafiə Nazirliyi bu məqsədlə zəruri təchizatı təmin edir.

Ukrayna lideri həmçinin ABŞ-nin 100 milyon dollar vəsait ayırdığını açıqlayıb. Bildirilib ki, bu vəsait Çernobıl Atom Elektrik Stansiyası-nın dördüncü enerji blokunun qoruyucu qurğusunun bərpasına yönəldiləcək.

 

Musavat.com

Chosen
48
musavat.com

1Sources