EN

İş yerindəki xaos ölüm riskini artırır: şok statistika

İş mühitindəki problemlər hər il 840 min insanın ölümünə səbəb olur.

Musavat.com xəbər verir ki, bu barədə BMT-nin məlumatında bildirilir. Ölüm hallarının əsas səbəbləri sırasında stabil məşğulluğun olmaması, kollektivdə təzyiq və təqib, eləcə də həddindən artıq işləmək göstərilir.

Qeyd olunur ki, qeyri-effektiv iş təşkili, görülən əməyə uyğun olmayan əməkhaqqı və iş yoldaşları arasında mürəkkəb münasibətlər də ciddi təhlükə yaradır.

Hesablamalara əsasən, bu amillər qlobal iqtisadiyyata da təsirsiz ötüşmür və dünya üzrə ümumi daxili məhsulun 1,37 faizi həcmində itkiyə səbəb olur.

Statistikaya görə, hər il ürək-damar xəstəliklərindən 784 min işçi, psixi sağlamlıq problemlərindən isə 56 min nəfər həyatını itirir.

 

Musavat.com

Chosen
25
2
musavat.com

3Sources