EN

AEBA: İranın zənginləşdirilmiş uranı böyük ehtimalla hələ də İsfahandadır

Bakı, 30 aprel, AZƏRTAC

İranın zənginləşdirilmiş uran ehtiyatlarının xeyli hissəsi böyük ehtimalla hələ də ötən il ABŞ-nin hava hücumuna məruz qalmış İsfahan nüvə obyektindədir.

AZƏRTAC "Əl Cəzirə"yə istinadən xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi bildirib.

BMT-nin nüvə agentliyinin rəhbəri bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin əlində ABŞ və İsrailin İrana son hava zərbələrinin nəticələrini əks etdirən peyk görüntüləri var və onlar məlumat almağa davam edirlər.

“Biz materialın orada olduğunu və AEBA möhürlərinin yerində qaldığını nə yoxlaya, nə də təkzib edə bilmişik”, - deyə Rafael Qrossi vurğulayıb.

Qeyd edək ki, İsfahandakı AEBA təhqiqatları ötən ilin iyun ayında 12 günlük İsrail-İran müharibəsinin başlaması ilə dayandırılmışdı və həmin vaxt ABŞ İranın üç nüvə obyektini bombalamışdı.

Chosen
78
1
azertag.az

2Sources