ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Yapon alimləri ürəyin qocalmasını ləngitməyin və hətta onun fəaliyyətini qismən bərpa etməyin yolunu tapıblar. Qakuşuin Universitetinin professoru Şigeru Yanaqinin rəhbərliyi ilə aparılan araşdırmalar bu sahədə inqilabi yenilik vəd edir.Demokrat.az xəbər verir ki, bu barədə "RİA Novosti" yaponiyalı alimə istinadən məlumat yayıb.Professor Yanaqi və həmkarları təbii maddə olan berberin əsasında əldə edilən "mitorubin"in siçan hüceyrələri üzərindəki təsirini öyrəniblər. Məlum olub ki, bu maddə bədəndə enerji istehsalına cavabdeh olan mitoxondrilərin işini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Alim mitoxondriləri hüceyrənin "elektrik stansiyaları" adlandıraraq qeyd edib ki, yaş keçdikcə onların həm sayı azalır, həm də funksiyaları zəifləyir.Tədqiqat nəticəsində mitorubinin "mitoxondrilərin keyfiyyətinə nəzarət sistemi" sayılan "MITOL" molekullarını artırdığı üzə çıxıb. Bu molekulların səviyyəsi yaşla bağlı azaldığı üçün mitorubin beynin və ürəyin enerji istehsal etmək qabiliyyətini yenidən gücləndirir."Bundan əlavə, mitoxondrilərin sayı da artır. Beləliklə, heyvan modelləri üzərində aparılan sınaqlar göstərdi ki, yaşla bağlı ürək funksiyalarının zəifləməsini ləngitmək və ya yaxşılaşdırmaq mümkündür" – deyə Şigeru Yanaqi bildirib.Lakin mütəxəssis xəbərdarlıq edib ki, bu nəticələr hələlik yalnız heyvanlar üzərində əldə edilib. Eyni effektin insanlarda da yaranıb-yaranmayacağını müəyyən etmək üçün əlavə yoxlamalara ehtiyac var. Alim vurğulayıb ki, mitoxondrilərin işinin zəifləməsi bir çox qocalıq xəstəliklərinin əsasını təşkil edir və bu araşdırmanın uğuru gələcəkdə yeni müalicə üsullarının yaranmasına yol aça bilər.Yəni, alimlər xüsusi maddə sayəsində hüceyrələrin enerji mənbəyini bərpa edərək ürəyin ömrünü uzatmağın mümkünlüyünü sübut ediblər.İsmayıl
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.