EN

Süni intellekt üçün 5 prinsip elan edildi

Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

“OpenAI” süni intellektin inkişafı və istifadəsi ilə bağlı yeni missiya bəyanatı yayımlayıb.

“Qafqazinfo” xəbər verir ki, sənəddə süni intellektin bütün bəşəriyyətə fayda verməsi üçün beş əsas prinsipə əməl ediləcəyi bildirilib.

Belə ki, bu prinsiplər demokratikləşmə, fərdi səlahiyyətləndirmə, universal rifah, dayanıqlılıq, təhlükəsizlik və uyğunluq istiqamətlərini əhatə edir.

Qeyd olunur ki, süni ümumi intellekt mərhələsinə çatdıqda süni intellektin təsiri buxar mühərriki və elektrik enerjisi kimi tarixi texnoloji inqilablardan belə daha geniş ola bilər.

Vurğulanır ki, bu inkişafın nəticələri avtomatik şəkildə təmin olunmur və düzgün idarəetmə tələb edir.

Sənədə əsasən, gələcəkdə elmi fantastika kimi görünən bir çox texnologiya real həyata keçə bilər. Lakin bu, yalnız təhlükəsizlik və etik prinsiplərə ciddi əməl edildiyi halda mümkün sayılır.

“Süni ümumi intellekt” insan səviyyəsində düşünmə, öyrənmə və problem həll etmə qabiliyyətinə malik çoxşaxəli sistem kimi izah edilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
60
qafqazinfo.az

1Sources