EN

Bu nə ilk belə hadisədir, nə də sonuncu olacaq

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda kirayə qaldığı evdə dəm qazından zəhərlənən 19 yaşlı gənc faciəvi şəkildə həyatını itirib. Hadisə Xətai rayonunda baş verib. Evə qonaq gələn iki nəfər hamamda olarkən görünməz qatilin qurbanı olublar. Hadisə nəticəsində 2007-ci il təvəllüdlü oğlan yerindəcə keçinib, 14 yaşlı qız isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.Sosioloq Naib Niftəliyev məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında deyib ki, bu faktın özbaşınalıq və ya yeniyetmələrin deviant davranışı kimi qiymətləndirilməsi o qədər də doğru deyil:“Çünki əgər dəm qazından zəhərlənmə baş veribsə, bu o deməkdir ki, kombi sistemi, isitmə qurğuları və ya hamamda su qızdırılması ilə bağlı sistemlərdə sızma və texniki boşluqlar mövcuddur. Bu baxımdan, həmin sistemi quranlar, ona nəzarət edənlər və ev sahibi olan vətəndaşlar ciddi məsuliyyət daşıyırlar. Belə hallarla bağlı dəfələrlə ehtiyat tədbirlərinin görülməsi tövsiyə olunsa da, görünür ki, vətəndaşlar bu məsələyə kifayət qədər ciddi yanaşmırlar. Nəticədə vaxtaşırı zəhərlənmə, boğulma və kəskin zəhərlənmə səbəbindən ölüm halları baş verir. Bu, arzuolunan hal deyil. 19 yaşlı  gəncin faciəli şəkildə həyatını itirməsi nə ilk hadisədir, nə də son olacaq. Bu kimi faktlarla illərdir müxtəlif yerlərdə rastlaşırıq və hər dəfə cinayət işi açılaraq araşdırmalar aparılır. Bununla belə, hər bir vətəndaş özü məsuliyyət hissini dərk etməlidir. Əgər qazla isitmə qapalı mühitdə həyata keçirilirsə və sızma ehtimalı varsa, bu sistemlər mütəmadi olaraq yoxlanmalı, təhlükəsizlik baxımından düzgün tənzimlənməlidir. Eyni zamanda, müvafiq monitorinq və qiymətləndirmə tədbirləri aparılmalıdır. Vətəndaş anlamalıdır ki, bu risk təkcə onun özünə deyil, həmin məkandan istifadə edən digər şəxslərə də təsir edə bilər. Bu riski minimuma endirmək üçün hər bir ev sahibi və sakin təhlükəsizlik qaydalarına ciddi əməl etməlidir. Demək olar ki, hər evdə hamam var və isitmə əsasən qazla işləyən cihazlar və ya kombi vasitəsilə həyata keçirilir. Bu zaman həm qaz, həm də elektrik enerjisindən istifadə olunur ki, bu da əlavə risklər yaradır. Yanğın, qısaqapanma və qapalı mühitdə dəm qazının yayılması real təhlükə olaraq qalır. Təhlükəsizlik qaydalarına əməl olunmadıqda bu risk tam reallığa çevrilə bilər”.O bildirib ki, isitmə zamanı qaz yayılır və havalandırma sistemi olsa belə, qaz hamamın daxilinə sızaraq zamanla zəhərlənməyə səbəb ola bilər:“Xüsusilə uzun müddət istifadə zamanı bu risk artır və bəzi hallarda ölümə gətirib çıxarır. Bu problem yaşla bağlı deyil. Gənclər, orta yaşlılar və yeniyetmələr də eyni risklə üz-üzə qala bilirlər. Bu səbəbdən, məsələni yeniyetmələrin davranışı ilə əlaqələndirmək düzgün deyil. Gigiyena və təmizlik hər kəs üçün vacibdir, xüsusilə də inkişaf mərhələsində olan yeniyetmələr üçün. Lakin texniki risklər mövcuddursa və dəm qazından zəhərlənmə ehtimalı yüksəkdirsə, bu sahədə ciddi tədbirlər görülməlidir. Nəzarət edən qurumların da müəyyən məsuliyyəti var. Lakin əsas məsuliyyət ev sahibinin və sakinlərin üzərinə düşür. Onlar təhlükəsizlik qaydalarına riayət etməli, sistemlərin düzgün işləməsinə nəzarət etməlidirlər. Əks halda, məsuliyyətin böyük hissəsi vətəndaşın üzərində qalır. Bəzi hallarda vətəndaşlar qanunsuz enerji istifadəsinə yol verir və ya hamamların isitilməsi üçün əlavə, qeyri-standart vasitələrdən istifadə edirlər. Bu isə zəhərlənmə riskini daha da artırır. Ona görə də bu kimi hallar ciddi şəkildə araşdırılmalı və qiymətləndirilməlidir. Enerji resurslarından istifadə üçün konkret standartlar mövcuddur və bu qaydalara həm dövlət qurumları, həm qazpaylayıcı şirkətlər, həm də vətəndaşlar riayət etməlidirlər. Tərəflərdən hər hansı biri bu öhdəlikləri yerinə yetirmədikdə məsələ inzibati və hüquqi müstəvidə həll olunmalıdır. Qazpaylayıcı qurumlar da daha diqqətli və tələbkar olmalıdırlar. Çünki bəzi hallarda birbaşa günahkar olmasalar belə, prosesin iştirakçısı kimi məsuliyyətə cəlb olunurlar və inzibati cəzalarla üzləşirlər. Ümumilikdə, vətəndaşın həyatı risk altındadırsa, önləyici tədbirlər mütləq həyata keçirilməlidir. Bu sahədə preventiv və məcburi tədbirlərin görülməsi vacibdir. Əgər vətəndaş özü təhlükəsizliyini təmin etmirsə, müvafiq dövlət və hüquq-mühafizə orqanlarının müdaxiləsi qaçılmazdır”.Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
68
50
demokrat.az

10Sources