EN

Nəriman 90 dəqiqə oynadı, komandası 1/4 finala yüksəldi

style='margin-bottom:10px;'>

Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin çıxış etdiyi “Kolumbus Kru” ABŞ Kubokunda 1/8 final oyununa çıxıb.

QOL.az xəbər verir ki, sözügedən komanda 1-ci liiqa təmsilçisi “One Knoxvill” ilə qarşılaşıb. Oyun “Kolumbus Kru”nun böyükhesablı qələbəsi ilə başa çatıb – 4:1.

Nəriman oyuna start heyətdə başlayıb və sona qədər meydanda qalıb.

“Kolumbus Kru” bu qələbə ilə 1/4 finala yüksəlib.

Chosen
66
2
teleqraf.com

9Sources