EN

B5 stansiyasının tikintisinin əvəzinə, Günəşliyə metro xətti çəkilsin – Müzakirələr davam edir

Xəbər verdiyimiz kimi, “Nizami” stansiyasına yaxın ərazidə B5 stansiyası inşa olunacaq. Bu stansiya Mərkəzi Parkın altında yerləşəcək və oradan "Nizami" stansiyasına keçid təmin ediləcək. Şəhərin mərkəzində yeni stansiyanın inşası planları ictimaiyyət arasında fərqli yanaşmalar doğurur. Bəziləri bunu nəqliyyat sıxlığının azaldılması və sərnişin rahatlığının artırılması baxımından vacib hesab etsə də, digərləri layihənin həm yüksək maliyyə tələb etməsini, həm də tikinti prosesinin mürəkkəb olmasını əsas gətirərək səmərəli olmadığını düşünür. Metrostansiyanın digər sıx yaşayış məntəqələrində tikilməsi təklif edilir.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Əhmədli, Günəşli istiqamətlərində yüz minlərlə insan yaşayır. Onun sözlərinə görə, həmin ərazilərdə metronun olması daha məntiqli və önəmlidir:

Natiq

“Təbii ki, iqtisadi nöqteyi nəzərdən, insanların gediş-gəlişi, biznesin inkişafı, kiçik orta sahibkarlığın inkişafı cəhətdən də önəmlidir. Müxtəlif metrostansiyaların tikintisini iqtisadi cəhətdən dəyərləndirsək, onun ucuz və ya baha olmasından əlavə şəhər infrastrukturuna və əhaliyə xidməti nəzərə alınmalıdır. Yəni elə sahələr, istiqamətlər var ki, məsələn Binəqədi, Günəşli, Yeni Günəşli, Yeni Əhmədli istiqamətlərində yüz minlərlə insan yaşayır. Bakı şəhərinin ən sıx yaşayış olan yerləridir və orada metrostansiyaların olması həm şəhərin yükünü azaldar, həm də iqtisadi cəhətdən daha məntiqli olar. Amma belə ara stansiyaların qurulmasının məntiqi və texniki tərəflərini mütəxəssislər izah etməlidirlər ki, hansı ehtiyacdan doğur. Əslində metropolitenin çoxşaxəli sxemə keçməsi şəhərin yükünün azaldılmasına və insanların rahatlığına xidmət etməlidir”.

 

Nəqliyyat eksperti Aslan Əsədov isə qeyd edib ki, “28 may” və “Nizami” metrostansiyalarının yaxınlığında B5 stansiyasının inşa edilməsi əslində yeni təsdiq edilmiş layihə deyil:

Ağır

“1990-cı illərdə şəhər konsepsiyasını əhatə edəcək layihə olub. Mahiyyəti ondan ibarətdir ki, 1990-cı illərdə hansı ki Bakı şəhərinin mərkəzini və həndəsi ölçülərini əhatə edəcək layihə nəzərdə tutulub. Layihənin əsas qrafiki, iş prinsipi inzibati şəhər ərazisində olan məntəqələrin metro sistemi ilə təmin edilməsidir. Amma Bakı sürətlə inkişaf edir, regionun bir meqapolisinə çevrilib. Bu da özlüyündə böyük nəqliyyat infrastrukturunun yaranmasına gətirib çıxarır. Hazırda nəqliyyatın idarə olunmasında Bakı şəhər ətrafı qəsəbələrin daha çox metro sistemi ilə təmin olunması zərurətini yaradır. Bu layihə 1990-cı illər smeta tikinti, quraşdırılma layihələndirilməsinə əsasən aparılır. Məsələnin digər tərəfi ondan ibarətdir ki, Bakıətrafı qəsəbələrin, Bakıxanov, Günəşli, Xırdalan şəhəri, Masazır, Badamdar qəsəbəsi, Bayıl yamacı, Suraxanı, Sabunçu, hava limanı istiqaməti, Mərdəkanı əhatə edəcək bir xətlənmə prosesini həll etmək olar”.

 

Şəhanə Quliyeva

Tarix: 30 Aprel 2026, 08:46   
Chosen
59
pravda.az

1Sources