EN

ABŞ səfirliklərinə görün hansı göstəriş verildi

ABŞ hakimiyyəti digər dövlətlərə Hörmüz boğazından naviqasiya azadlığına zəmanət vermək məqsədi daşıyan yeni beynəlxalq koalisiyanın tərkibinə daxil olmaq barədə təklif göndərib.

Publika.az xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb.

Məlumata görə, Dövlət Departamenti ABŞ-ın xaricdəki diplomatik nümayəndəliklərinə dəniz gəmiçiliyi sahəsindəki yeni təşəbbüs haqqında materiallar göndərib. Diplomatlara xarici ölkələrin hökumətlərini onu dəstəkləməyə inandırmaq tapşırılıb.

Nəşrin yazdığına görə, koalisiya iştirakçılar arasında kəşfiyyat məlumatlarının mübadiləsinə, diplomatik fəaliyyətlərin koordinasiyasına və sanksiya rejiminin icrasına nəzarət edilməsinə kömək etmək məqsədi daşıyır.

Chosen
50
publika.az

1Sources