EN

50 yaşlı kişinin 62 yaşlı qadınla nikahı ləğv edildi

Ulyanovsk vilayəti prokurorunun iddiası əsasında məhkəmə 50 yaşlı Azərbaycan vətəndaşı ilə 62 yaşlı rus qadın arasında bağlanmış nikahı etibarsız hesab edib. Bu barədə iki gün əvvəl region prokurorluğu məlumat yayıb.

VAXT.AZ “Kommersant”a istinadən xəbər verir ki, Novospassk rayon prokurorluğu miqrasiya qanunvericiliyinə əməl olunmasına dair yoxlama zamanı müəyyən edib ki, 2024-cü ilin iyununda rus qadınla nikaha daxil olması nəticəsində Azərbaycan vətəndaşı kvota nəzərə alınmadan Rusiya Federasiyası ərazisində müvəqqəti yaşamaq icazəsi almaq üçün müvafiq orqanlara müraciət etmək hüququ əldə edib.

Lakin araşdırma zamanı məlum olub ki, “ər-arvad” birgə yaşamayıb, ortaq övladları yoxdur, birgə təsərrüfat aparmayıblar. Bildirilib ki, bu saxta nikahın əsas məqsədi miqrantın güzəştli qaydada Rusiya Federasiyası vətəndaşlığını əldə etməsi olub.

Məhkəmə prokurorun arqumentləri ilə razılaşıb və qərarla nikah haqqında akt qeydi ləğv edilib.

Chosen
39
vaxt.az

1Sources