EN

Nəriman ABŞ kubokunda 90 dəqiqə oynadı

Nəriman Axundzadənin çıxış etdiyi “Kolumbus Kryu” ABŞ kubokunda 1/8 final oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, sözügedən komanda 1-ci liiqa təmsilçisi “One Knoxvill” ilə qarşılaşıb. Oyun “Kolumbus Kryu”nun böyükhesablı qələbəsi ilə başa çatıb – 4:1.

Nəriman oyuna start heyətində başlayıb və sona qədər meydanda qalıb.

“Kolumbus Kryu” bu qələbə ilə 1/4 finala yüksəlib.

Chosen
46
2
football-plus.az

9Sources