ain.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
"Bu həyatda məni yaşadan həyat yoldaşımdır. Məni saxlayan odur, uşaq kimi baxır. Ona bir şey olsa, yaşamaram. Allah ona can sağlığı versin".
Axşam.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında 69 yaşlı Əməkdar artist Rəhman Rəhmanov doğum günündə istəklərindən danışarkən deyib. Aktyor həyata keçməyən arzularının olduğunu bildirib:
"Allah ömür versin, bir il də yaşayım, 70 illik yubileyimi keçirim. İnsan həmişə arzu ilə yaşayır. Biri həyata keçən kimi ikincisini arzulayır. Ömrüm vəfa etsə, ürəyimdə olan arzularımı yerinə yetirərəm".
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.