EN

Fars körfəzində güc balansı dəyişir

ABŞ–İsrail–İran qarşıdurması Fars körfəzi regionunda illərlə qurulmuş təhlükəsizlik arxitekturasını ciddi şəkildə sarsıdır. Bu boşluqda isə Çin səssiz, amma sistemli şəkildə öz mövqeyini gücləndirir. Körfəz ölkələri "İbrahim sazişləri"nin gətirdiyi İsrail mərkəzli təhlükəsizlik modelinin onları İranın hədəfinə çevirdiyini görərək, daha çox Çin, Türkiyə, Pakistanın iştirakı ilə regional təhlükəsizik sistemi yaratmağa meyl edirlər. Bu sistem, “hamı ortaq olsun, heç kim müharibə etməsin” yanaşmasını əsas götürür. 
- ABŞ hərbi gücünü müharibələrə  sərf etdiyi müddətdə Çin iqtisadi və strateji təsirini genişləndirib.
-  Körfəz ölkələrində ABŞ etimad azalır və İsrailin ambisiyaları daha bpyük təhdid kimi qəbul edilir. 
-ABŞ-ın İraq və Əfqanıstandakı müharibələri resurs və reputasiya itkisi ilə nəticələndi, Çin isə bu boşluğu iqtisadi ekspansiya ilə doldurdu.
-İran sanksiyalar nəticəsində getdikcə Çindən daha çox asılı hala gəldi – bu asılılıq artıq hərbi sahəyə də keçib
-Çin “Bir Qurşaq, Bir Yol” vasitəsilə regionun enerji, logistika və rəqəmsal infrastrukturuna dərin şəkildə daxil olur.
- Çin artıq ölkələri strateji infrastruktura investisiya edərək uzunmüddətli asılılığa bağlayan aktora çevrilir.
Körfəz regionunda yeni hibrid təhlükəsizlik sistemi formalaşır.
ABŞ – hərbi təhlükəsizlik təminatçısı kimi, Çin – iqtisadi və diplomatik zəmanətlər verən güc kimi çıxış edir. 
Ətraflı Rəy bölməsindəki linkdən  "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzinin "hazırladığı Körfəz regionunda Çin mərkəzi təhlükəsizlik və əməkdaşlıq  modelinin perspektivi" mövzusunda analitik araşdırmasının tam mətni ilə tanış ola bilərsiniz.

Chosen
62
qht.az

1Sources