EN

Həbib Nurməhəmmədov: Putin mənim üçün heç bir idman bazası tikməyib

ain.az bildirir, Baku.ws portalına istinadən.

Tanınmış rusiyalı MMA ulduzu Həbib Nurməhəmmədov onun üçün Dağıstanda idman bazasının tikilməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

BAKU.WS xəbər verir ki, 37 yaşlı sabiq çempion bu iddiaların həqiqəti əks etdirmədiyini deyib.

O, sosial şəbəkə hesabında paylaşım edərək qeyd edib ki, heç vaxt onun xərcləri qarşılanmayıb və onun üçün xüsusi idman zalı tikilməyib.

Xatırladaq ki, daha əvvəl UFC-nin yüngül çəki dərəcəsində reytinqdə ikinci pillədə qərarlaşan digər rusiyalı döyüşçü Arman Tsarukyan iddia etmişdi ki, Rusiya prezidenti Vladimir Putin Həbib üçün Dağıstanda idman infrastrukturu yaradıb.

Nurməhəmmədov isə bu məlumatları qəti şəkildə rədd edərək onların "tamamilə yalan" olduğunu vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
48
1
baku.ws

2Sources