EN

Şəhər merini rüşvətə görə həbs etdilər

Modern.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ufa şəhər administrasiyasının rəhbəri Ratmir Mavliyev həbs edilib.

Modern.az xəbər verir ki, Ufanın Sovet rayon məhkəməsi şəhər administrasiyasının rəhbəri Ratmir Mavliyev barəsində iyulun 11-dək həbs qətimkan tədbiri seçib.

“Kommerçant-Ufa”nın məlumatına görə, Ratmir Mavliyev aprelin 28-də saxlanılıb. Rusiya İstintaq Komitəsinin regional idarəsinin əməkdaşları cinayət işi üzrə fiqurantların, o cümlədən şəhər menecerinin iş və yaşayış yerlərində axtarışlar aparıblar.

Başqırdıstan üzrə İstintaq Komitəsinin mətbuat xidmətinin məlumatına əsasən, mer vəzifə səlahiyyətlərini aşmaqda (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 286-cı maddəsinin 3-cü hissəsinin “v”, “q”, “e” bəndləri) və xüsusilə iri məbləğdə rüşvət almaqda (290-cı maddənin 6-cı hissəsi) şübhəli bilinir. Bundan başqa, cinayət işində onun üç tabeliyində olan şəxs də yer alır: müavini Aqarəhim Kağirqaciev, meriyanın torpaq və əmlak münasibətləri idarəsinin rəis müavini Ruşat Fazliaxmetov və “Raduga” sanatoriyasının direktoru Aleksandr Silin.

İstintaqın versiyasına görə, təqsirləndirilən şəxslər Ufanın Avrora küçəsində yerləşən “Raduga” sanatoriyasının ərazisinə daxil olan, sahəsi 1,3 min kvadratmetrdən çox torpaq sahəsinin “qanunsuz özgəninkiləşdirilməsini təşkil ediblər”. Bildirilir ki, 2025-ci ildə Ratmir Mavliyev tikinti şirkətinin nümayəndəsindən “ümumi himayə müqabilində əmlak xarakterli xidmətlər şəklində rüşvət verməyi” tələb edib. İdarənin açıqlamasına görə, şirkət torpaq sahəsini 13 milyon rubl qarşılığında almalı, sonra isə onu “şəhər rəhbərinin maraqları naminə” yenidən rəsmiləşdirməli idi.

Dünən Ufanın Sovet rayon məhkəməsi Ruşat Fazliaxmetov barəsində də iyulun 11-dək həbs qətimkan tədbiri seçib. Aleksandr Silin haqqında isə eyni müddətə müəyyən hərəkətlərin qadağan edilməsi formasında qətimkan tədbiri müəyyən edilib.

Ratmir Mavliyevlə bağlı məhkəmə iclasının təfərrüatları barədə “Kommerçant-Ufa”nın saytında yaxın vaxtlarda daha ətraflı məlumat veriləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
19
modern.az

1Sources