BAKI, 30 aprel. TELEQRAF
“Rusiyanın yalnız iki müttəfiqi var – ordu və donanma”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ölkəsinin Qərblə münasibətlərdən danışarkən deyib.
“III Aleksandr “Rusiyanın yalnız iki müttəfiqi var - ordu və donanma” söyləyəndə haqlı idi”, - o bildirib.
Medvedev Qərbi Rusiyanı parçalamağa çalımaqda ittiham edib:
“Avropalılar Rusiya dövlətinin dağılmasını istəyirlər. Bu, Qərbin, xüsusilə Avropanın siyasətində əsas tendensiyaya çevrilib”.