EN

Üzgüçü timsahlarla dolu çayda rekordQIRDI

Britaniya əsilli üzgüçü Endi Donaldson Avstraliyanın timsahlarla dolu çayında 55 kilometr məsafəni üzərək rekord qırıb.

Redaktor.az bu haqda xarici mediaya istinadla xəbər verir. 

O, təxminən 12 saatlıq üzmə zamanı şirin su timsahları ilə dolu ərazidə hərəkət edib. Məlumata görə, çayda təxminən 5500 timsahın olduğu bildirilir. Donaldson təhlükəli şəraitə baxmayaraq üzməyə başlayıb və 11 saat 51 dəqiqəyə finişə çatıb. O, əvvəlki rekordu təxminən 4 saat yarım yaxşılaşdırıb. Üzgüçü bildirib ki, şərtlər çox ağır olub: güclü günəş, əks külək və sakit su sahələri işi daha da çətinləşdirib. O, zarafatla “özümü kürəyimdə fil daşıyırmış kimi hiss edirdim” deyib.

Donaldson həm də qeyd edib ki, timsahların olduğu mühit psixoloji olaraq ən böyük çətinliklərdən biri idi və bu üzmə onun karyerasının ən ağır sınaqlarından biri olub.

Aytəkin TOFİQQIZI

Chosen
42
redaktor.az

1Sources