EN

Kamranbəy Rəhimov Neftçi üçün xal ümididi!

Footbal-plus saytından alınan məlumata görə, ain.az bildirir.

Bilindiyi kimi, bu gün Misli premyer-liqasında 21-ci turdan təxirə salınan Azərbaycan derbisi keçiriləcək. "Qarabağ" ikinci sıradakı mövqeyini möhkəmləndirməyə, "Neftçi" avrokuboklara vəsiqə qazanmaq şansını artırmağa çalışacaq.Matçın baş hakimi Kamranbəy Rəhimovdu. Bəs, ədalət təmsilçisi hansı komanda üçün daha düşərlidi?"Football-plus.az" bu suala cavab axtardı. Bəlli oldu ki, Rəhimov cari mövsümdə "Neftçi"nin 2, "Qarabağ"ın 3 görüşünü idarə edib. Həmin oyunlar aşağıdakılardı:ölkə kuboku, 1/4 final, ilk oyunŞamaxı - Qarabağ 2:1premyer-liqa6-cı tur: Neftçi - Karvan-Yevlax 0:013-cü tur: Qarabağ - Karvan-Yevlax 2:022-ci tur: Şamaxı - Neftçi 2:226-cı tur: Qarabağ - Karvan-Yevlax 7:0Göründüyü kimi, "ağ-qaralar" Kamranbəy Rəhimovun idarə etdiyi qarşılaşmalarda ancaq "sülh"ə razı olub. Bir oyunda uduzan "köhlən atlar" isə iki qələbə qazanıb. Təbii ki, belədə "fit sahibi"nin "Qarabağ" üçün daha düşərli olduğunu deyə bilərik. Görəsən, "Neftçi" bu mifi dağıda biləcəkmi?Xatırladaq ki, saat 20.00-da başlayacaq oyun "Palms Sports Arena"da keçiriləcək.KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
27
20
icma.az

10Sources