EN

“Sabah” çempionluğunu azarkeşlərlə Şamaxıda qeyd edəcək?

Misli premyer-liqasının sonuna üç matç qalmış - 30-cu turda “Sabah” tarixindəki ilk çempionluğu rəsmiləşdirə bilər. Bunun üçün “bayquşlar” ilk növbədə mayın 3-də səfərdə keçirəcəyi oyunda “Şamaxı”nı məğlub etməlidi.

Şamaxıya nə qədər azarkeş gedəcək, mümkün çempionluq orda, yoxsa “Kəpəz”lə ev oyununda qeyd olunacaq? Klubun mətbuat katibi Elnur Həmidovun cavabı:

“Şamaxı" ilə səfər oyununda komandamızı təxminən 150-yə yaxın azarkeşin dəstəkləməsi nəzərdə tutulub. Onların oyuna yollanması üçün hər cür şərait yaradılacaq. Hələ ki hazırda ancaq bu oyuna köklənmişik. Bu matç bitəndən sonra növbəti oyunla bağlı məsələlər müzakirə olunacaq”.

MÜZƏFFƏR QULUZADƏ
Chosen
28
2
football-plus.az

3Sources