EN

Bağçada dəhşət: Onlarla körpə istismara məruz qalıb

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

İndoneziyanın Yogyakarta şəhərində yerləşən bir uşaq bağçasında ortaya çıxan uşaq istismarı iddiaları ölkə üzrə böyük narazılığa səbəb olub. 

"Cebheinfo.az" xəbər verir ki, polisin keçirdiyi əməliyyat zamanı əldə edilən görüntülər uşaqların məruz qaldığı ağır laqeydlik və pis rəftarı açıq şəkildə ortaya qoyub. 

Görüntülərdə uşaqların əlləri və ayaqlarının bağlandığı, yalnız bezlə saxlanıldığı və bəzilərinin yaralı olduğu müşahidə edilib. Polis müəyyən edib ki, uşaqlar üç ədəd 3x3 metrlik otaqda, hər otaqda təxminən 20 uşaq olmaqla saxlanılırmış. 

Araşdırma çərçivəsində bağçada qeydiyyatda olan 103 uşaqdan ən azı 53-nün fiziki istismara məruz qaldığı ehtimal edilir. Zərərçəkənlərin böyük hissəsinin 2 yaşdan kiçik olduğu, bəzi uşaqların isə cəmi 0–3 aylıq olduğu bildirilib. 

Yogyakarta polisi aralarında Kiçik Areşa Fondunun rəhbəri, bağça direktoru və 11 baxıcının da olduğu ümumilikdə 13 nəfəri şübhəli şəxs kimi müəyyən edib. 

Şübhəlilər uşaq hüquqlarının qorunması ilə bağlı qanunlar çərçivəsində mühakimə olunacaq və 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası ilə üzləşə bilərlər. Hadisə ölkədə uşaq bağçası sistemində mövcud ciddi struktur problemləri də gündəmə gətirib. 

Qadınların Gücləndirilməsi və Uşaq Hüquqlarının Qorunması Nazirliyinin məlumatına görə, İndoneziyadakı bağçaların 44 faizi lisenziyasız fəaliyyət göstərir, yalnız 30,7 faizi rəsmi icazəyə malikdir. 

Bundan əlavə, bağçaların 20 faizində standart iş prosedurları mövcud deyil, işçilərin isə 66,7 faizi sertifikasızdır. Nazir Arifah Fauzi bildirib ki, uşaq baxımı xidmətlərinin keyfiyyəti ciddi problemdir və bu hadisə ölkə üzrə yoxlama və yenidən qurma prosesi üçün “dönüş nöqtəsi” olmalıdır. 

İndoneziya parlamentinin üzvləri də hadisəni “faciəvi humanitar böhran” kimi qiymətləndirərək, uşaq baxımı müəssisələrində nəzarət və qoruma mexanizmlərinin yetərsiz olduğunu vurğulayıblar. 

Parlamentin sədri Puan Maharani isə dövlətin uşaqların təhlükəsizliyini təmin etmək öhdəliyini qeyd edərək, bağçaların yalnız xidmət deyil, həm də uşaq müdafiə sisteminin əsas hissəsi kimi qəbul edilməli olduğunu bildirib. 

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
59
1
cebheinfo.az

2Sources