ain.az, Cebheinfo saytına istinadən bildirir.
“Rəqəmsal məktəb” platforması gələn tədris ilindən daha 5 şəhərdə tam tətbiq olunacaq.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin keçirdiyi brifinqdə məlumat verilib. Bildirilib ki, layihə çərçivəsində Gəncə, Mingəçevir, Sumqayıt, Abşeron və Naxçıvan şəhərlərində yerləşən ümumtəhsil müəssisələrində kağız jurnallar mərhələli şəkildə ləğv ediləcək və bütün tədris-inzibati proseslər rəqəmsal platforma üzərindən idarə olunacaq.
Qeyd olunub ki, bu yenilik məktəblərdə inzibati yükün azaldılmasına, eləcə də tədrisin daha operativ və şəffaf idarə olunmasına xidmət edir. Qeyd edək ki, Azərbaycanda rəqəmsallaşma prosesi çərçivəsində bir çox dövlət sənədləri elektron formata keçirilib və kağız daşıyıcılarla eyni hüquqi qüvvəyə malikdir.
2026-cı ilin əvvəlinə olan məlumata görə, əsas elektronlaşan sənədlərlərindən biri də təhsil sənədləridir. Həmin sənədlər sırasında ümumi və tam orta təhsil haqqında sənədlərin- attestatların da elektronlaşması nəzərdə tutulub. Builki məzunlara attestatlar elektron formada təqdim ediləcəkmi?
Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, bu ildən etibarən IX və XI siniflər üzrə attestatlar elektron olaraq veriləcək:
“Şagirdlər attestatlarını istənilən vaxt elektron qaydada əldə edə biləcəklər. Bu il ümumilikdə 300 minə yaxın şagird elektron attestat alacaq”.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Açar sözlər:
məzunlar attestat
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.