EN

"14 yaşlı qızla eyni evdə olan oğlana niyə rəhmət oxuyursunuz?"

“Sosial şəbəkədə xəbər yayılıb ki, 19 yaşlı gənc oğlan 14 yaşlı qızla hamamda dəm qazından zəhərlənib. Oğlan ölüb, qız isə xəstəxanadadır. Yazırlar ki, Allah rəhmət eləsin. Nəyinə rəhmət eləsin? Bu oğlan 14 yaşlı qızla hamamda nə edirdi?”.

Publika.az xəbər verir ki, bu sözləri prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkədə paylaşdığı videoda deyib.

Tolik ötən gün 19 yaşlı oğlan və 14 yaşlı qızın hamamda dəm qazından zəhərlənməsi hadisəsinə münasibət bildirib:

"O qızın valideynləri çıxıb deyəcəklər ki, nişanlamışdıq, 18 yaşı tamam olsun, ərə verəcəkdik. Deyəcəklər oğlan hamamda çimirdi, qız da dəsmal verirdi. Bəs necə oldu ki, ikisi də eyni anda zəhərləndi? Bu gün məhz bununla mübarizə aparmalıyıq. Bəzi platformalarda din altında gənclərin beyninə yeridirlər ki, 14-15 yaşında qız ərə getməlidir. Bunun nəyinə “Allah rəhmət eləsin” deyirlər? Belə halların qarşısı alınmalıdır.

Chosen
52
publika.az

1Sources